<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>161</hymn_number>
<title>Qalxaq Qolqotaya, qardaşım İL161</title>
<lyrics>[V1]
 Qalxaq Qolqotaya, qardaşım,
 Orda Allahın Məsihi çarmıxdadır.
 Haqq danışır, xəstələri sağaldırdı,
 İndi isə çarmıxdan asılmışdır.
 Səcdə edək Ona!

[V2]
 Qalxaq Qolqotaya, qardaşım ,
 O, çox əzab, susuzluq çəkir.
 Dünyaya Həyat suyunu verənə
 «Susadım» dedikdə, sirkə verdilər.
 Səcdə edək Ona!

[V3]
 Qalxaq Qolqotaya, qardaşım,
 O yalvararaq Ataya dua edir:
 «Ata, Sən onları bağışla, -deyir,-
 Çünki nə etdiklərini bilmirlər» .
 Səcdə edək Ona!

[V4]
 Qalxaq Qolqotaya, qardaşım,
 O, gözlərini göyə yönəldib deyir:
 «Ata, bəs niyə Sən məni tərk etdin?»
 Səni və məni qəbul etsin deyə.
 Səcdə edək Ona!

[V5]
 Qalxaq Qolqotaya, qardaşım,
 Ordan Müqəddəsin səsi yüksəlir:
 «Tamam oldu,- deyir Ataya,-
 Ruhumu Sənin əlinə verirəm» .
 Səcdə edək Ona!

[V6]
 Qalxaq Qolqotaya, qardaşım,
 Bizə görə əzab çəkənə baxaq.
 Baxaq, O, xilasımızı necə baha ,
 Necə əzablarla satın alır.
 Səcdə edək ona!</lyrics>
</song>